Gör ki, gördü bu kəlamı, etdi dil rəğbət ona,
Can bəyəndi, öylə bildim tən qılar xidmət ona,
Söylədim əqlə: de hardan hüsn ona, ziynət ona,
Söylədi: Həqdən, soruşdum kimdi bəs xilqət ona,
Bir cavab oldu: Rəsulüllah Dedim rəhmət ona,
Bəski ki, şahi-Lafəta eylər Rasulüllah şüar,
«La fəta illa Əli, la seyfə illa Zülfüqar.»
Gördüm ol dəm gülşənə bir sərvəri-aləm gəlir
Eyləmiş başinə cəm çox huriyi-ə'zəm gəlir,
Bir tərəf gördüm onun pişvazına Adəm gəlir,
Bir tərəf davüdü Musa, İsiyi-Məryəm gəlir,
Söylədim ki: ya Rəsul! Gördüm Peyəmbər həm gəlir,
Anladım kim, kimdir ol şah,göz yaşın etdim nisar.
«La fəta illa Əli, la seyfə illa Zülfüqar.»
Həm Həsən və həm Hüseyn həm Zeynalabdin, ey xuda,
Həm Məhəmməd Bağır, həm Cəfərül Sadiq ağa,
Museyi Kazim imamül həm Qərib ismül Rza
Həm Əliyyən həm Nəği kim, olsun həqq ondan riza
Həm Əliyyən həm Təği kim müşrikə versin cəza,
Etdilər ol dəm iki axır imam ilən güzar,
«La fəta illa Əli, la seyfə illa Zülfüqar.»
Ol əsəd, ol Mürtəza, ol Heydəri-Kərrar Əli,
Şahi-mərdan, Şiri-Yəzdan, taci-din, sərdar Əli,
Dinə sərvər, xəlqə rəhbər, həqqə munis, yar Əli,
Məhrəmi-raz, razi-e'caz, vaqifi-əsrar Əli,
Bəs əzəldən ta Əbəd durduqca dünya var Əli,
Zülfüqarın qorxmaz əldən ol şəhi-Düldülsüvar,
«La fəta illa Əli, la seyfə illa Zülfüqar.»
Biz nəyik? Qətrə! O şahi-Lafəta unuman imiş,
Biz kimik? Bəndə! O şahi-Lafəta sultan imiş,
Bizdə bir can var, o şahə hər zaman qurban imiş,
Bizdə bir tən var, o şahin rahinə yeksan imiş,
Bunca vəsfin Səyyaha, ol şahə ki, sayan imiş,
Var ümidim kim, bizi hifz eyləsin Pərvərdigar,
«La fəta illa Əli, la seyfə illa Zülfüqar.»
Bir gülün eşqi dili - zarımda tutmuşdur qərar
Könlümü zövqü səfayi - eşqi etmiş laləzar
Gəldiyim gündən cahanə xeyli müddətdir ki var,
Lövhi - dildə xameyi iman yazıbdır bir şuar:
«La fəta illa Əli, la seyfə illa Zülfüqar.»
Baş əyər görçək vüqarın izni ilə hər dağ ola
Paypuş etsin deyə həsrət çəkir torpaq ona
Cümlə ariflər məhhəbətlən olub müştağ ona,
Hər nə qədər ki,insü cinni xəlq edib Pərvərdigara,
«La fəta illa Əli, la seyfə illa Zülfüqar.»
Əhli - təqva, əhli-iman, əhli-ürfandır Əli,
Fatehi - Xeybər, vəliyyi - həqqi - Sübhandır Əli
Murtəzadır, şahi - mərdan, şiri - Yəzdandır Əli
Təkcə bu misra yetər ki, kimdir ol Düldülsəvar,
«La fəta illa Əli, la seyfə illa Zülfüqar.»
Olsa da dünyada yüz dövlətli insan Cəm kimi,
Cümlə varın versə də bir kəs əgər Hatəm kimi
Tutsa da meydani, cəngi sərvəran Rüstəm kimi
Qoysa da bir ad əgər aləmdə çox-çox tiğdar,
«La fəta illa Əli, la seyfə illa Zülfüqar.»
Yox sözüm elm əhli, iman əhli, çox insan olub
Ya ki, çoxlar zərbi - dəstiylən gəlib sultan olub
Sanma onlardan biri misli - şəhi - Mərdan olub,
Şübhəsiz dünyaya insanlar gəlibdir bişumar,
«La fəta illa Əli, la seyfə illa Zülfüqar.»
Sənsən elmü - helmdə fərzanələr - fərzanəsi
Təxtü - ta?i - eşqidə dürdanələr - dürdanəsi
Ey səxavü ədldə mərdanələr mərdanəsi
Söyləmişdir vəsfi - zatında Rəsuli - Kirdigar,
«La fəta illa Əli, la seyfə illa Zülfüqar.»
Ya Əli, ey cümlə xaqanlar sənə kəmtər qulam
Rahi - eşqində xoşa ol aşiqə tutmuş məqam
Mahirəm xaki - dərində bir gəda tək sübhü şam,
Tutiyi - dil dəmbədəm təkrar edər bi ixtiyar,
«La fəta illa Əli, la seyfə illa Zülfüqar.»
Hacı Elemdar Mahir